Serbiya Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayacaq

Serbiya Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayacaq
# 09 sentyabr 2014 10:12 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və qoşulmayacaq”. APA-nın məlumatına görə, bunu Serbiya baş nazirinin müavini Aleksandr Vuçiç İTAR-TASS-a müsahibəsində deyib.

“Mən öz fikrimi ifadə etmişəm. Qərbə səfərim zamanı da həmkarlarımla görüşdə demişəm, bəli, biz Avropaya inteqrasiya yolundayıq, ancaq biz Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməmişik və etməyəcəyik. Bu gün kimsə Serbiyaya Rusiya ilə münasibətləri pozmağı sifariş verə bilməz”, - deyə serbiyalı hökumət nümayəndəsi vurğulayıb.

A. Vuçiç serblər və ruslar arasında tarixi-mədəni bağlılığa diqqət çəkərək hər iki xalqın yaxın dostluq münasibətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR