Zaqatalada 31 yaşlı kişini ilan sancıb

Zaqatalada 31 yaşlı kişini ilan sancıb
# 04 iyun 2016 20:40 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada 31 yaşlı kişini ilan sancıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 4-ü səhər saatlarında rayonun Lahıc kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədəli Həsən oğlu Məmmədov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 31 yaşlı M. Məmmədov yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol qolunun bilək nahiyəsindən sancıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən M. Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

M. Məmmədovun vəziyyətinin orta-stabil olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR