Bakı Məlahət Nəcəfova - APA. "Rusiyanın Qərblə getdikdə zəifləyən mövqeyi və Azərbaycanın bu dəyişiklikdən istifadə etmək imkanı tezliklə Dağalıq Qarabağa birləşən bir neçə rayonla bağlı razılaşmaya təkan verə bilər".
APA-nın məlumatına görə, bu barədə ABŞ-dakı “Stratfor” mərkəzinin “Azərbaycan və Ermənistan "dondurulmuş" münaqişənin həllinə doğru irəliləyir” başlıqlı yazısında deyilir. Məqaləyə əsasən Azərbaycan-Ermənistan sərhədinin cənub yarısı boyunca uzanan Dağlıq Qarabağ regionu ilə bağlı münaqişə keçmiş Sovet İttifaqı ərazisində olan bir neçə "dondurulmuş" münaqişələrdən biridir və 1994-cü ildə 6 illik müharibənin bitməsindən bəri Ermənistan ərazi üzərində nəzarəti həyata keçirir və Rusiyanın dəstəyi Azərbaycana Dağlıq Qarabağı geri qaytarmaq üçün hər hansı addımlar atmaq imkanı yaratmır:
“Noyabrın 9-da Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana əvvəlcədən elan edilməmiş səfər etdi və bu, yerli mediada Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün gizli səfər kimi qiymətləndirildi. Eyni zamanda Azərbaycan avropalılar üçün potensial enerji təminatçısıdır və bu yeni aşkarlanmış siyasi nüfuzundan Moskvanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməsi üçün inandırmaq istiqamətində istifadə edir. Bəzi Ermənistan qəzetləri Lavrovun Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 5-ni Azərbaycana qaytarmağa çağırmaq üçün İrəvana getməsi barədə məlumatlar yayıblar. Məlumatlara əsasən bunun qarşılığında Rusiya həmin ərazidə müharibənin bir daha başlamayacağının təminatını vermək üçün öz qoşunlarını orada yerləşdirəcək və Azərbaycanı Ermənistanı iqtisadi blokadadan çıxarmağa razı salacaq. Kəlbəcər və Ermənistanı Dağlıq Qarabağa birləşdirən əsas xətt olan Laçın dəhlizi Ermənistanın nəzarətində qalacaq. Bu isə Azərbaycan hərbi ədavətdən çəkindirəcək və sülh danışıqlarına inandıracaq”.
Materialda deyilir ki, yerli mediada yayılan xəbərlər Ermənistanın həqiqətən də Dağlıq Qarabağ ətrafındakı ərazilərdə nəzarətdən imtina edəcəyi təminatını vermir: “Belə ki, bu münaqişə Dağlıq Qarabağ üzərində milli mənsubiyyət hissi yaşayan Ermənistanda həssas siyasi məsələdir. Hətta status-kvonu dəyişməyə çalışan Ermənistanın sonuncu prezidenti Levon Ter-Petrosyan xalqın tələbi ilə istefaya getməyə məcbur olub”.