Bakı. Fərid Mirzəyev - APA. “Baklıda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək. Nəticələr rəsmiləşəndən sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları yeni sistemlə hesablanacaq”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Nazir müavini bildirib ki, nəticələr artıq məktəblərə göndərilib.
Onun sözlərinə görə, bu ilin noyabr və dekabr aylarında 3 şəhərdə, 9 rayonda keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqları isə gələn ilin yanvar ayından artırılacaq.