Narkotiklərin dövriyyəsində təqsirləndirilən şəxsin cəzası 3 il azaldılıb

Narkotiklərin dövriyyəsində təqsirləndirilən şəxsin cəzası 3 il azaldılıb
# 01 iyul 2016 07:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Cavanşir Əsgərovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun barəsində çıxarılmış hökmü dəyişərək, cəzanı 11 ildən 8 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Əsgərov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan C. Əsgərov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR