Səudiyyə Ərəbistanında “Twitter”də məhkəmə sistemini tənqid edən 3 vəkil həbs olunub

Səudiyyə Ərəbistanında “Twitter”də məhkəmə sistemini tənqid edən 3 vəkil həbs olunub
# 28 oktyabr 2014 07:55 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Səudiyyə Ərəbistanında “Twitter” sosial şəbəkəsində məhkəmə sistemini tənqid edən 3 vəkil həbs edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbrə görə, vəkillər məhkəmə qərarları ilə günahsız insanların həbs edildiyini və adları korrupsiyada hallanan şəxslərin sorğu-sual edilmədən azadlığa buraxıldığını yazıblar.

Bu fikirlərinə görə vəkillər itaətsizlikdə və məhkəmə sisteminə böhtan atmaqda günahlandırılıblar və 8 ilədək həbs cəzasına məhkum ediliblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül Əziz əl-Şeyx televiziyada çıxış edərək “Twitter”i “bütün pisliklərin və təxribatın mənbəyi” adlandırıb, sosial şəbəkənin insanları böhtana və qeybətə təhrik etdiyini bildirib. Ərəb ölkələri arasında fəal “Twitter” istifadəçilərinin 40 faizi Səudiyyə Ərəbistanının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR