“Skenderbeu” klubunun baş məşqçisi: “Bu komanda “Neftçi”dən daha səviyyəlidi”

“Skenderbeu” klubunun baş məşqçisi: “Bu komanda “Neftçi”dən daha səviyyəlidi”
# 16 iyul 2014 08:34 (UTC +04:00)

Bakı – APA. “Ümumi danışsaq, heç-heçə bizim üçün yaxşı nəticədi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosaya məxsusdu.

“Skenderbeu” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Belarusda BATE klubunun qonağı olub.

0:0 hesabı ilə başa çatan görüşdən sonra təşkil edilən mətbuat konfransında Yosa ötən il mübarizədən kənarlaşdırdıqları “Neftçi” ilə matçı da xatırlayıb: “Bu nəticədən sonra komandamızın növbəti mərhələyə çıxmaq şansı var. 1 il öncə II təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyununu da bu hesabla başa vurmuşduq və evdə uğurlu nəticə qazanaraq, növbəti mərhələyə adlamışdıq. Lakin hesab edirəm ki, bu komanda “Neftçi”dən daha səviyyəlidi. Bu səbəbdən BATE ilə cavab görüşü bizim üçün çətin olacaq”.

Xatırladaq ki, II təsnifat mərhələsinin cavab oyunları iyulun 22-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR