Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi: "Bu gün müalicədə 729 baş heyvan var"

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi: "Bu gün müalicədə 729 baş heyvan var"
# 30 oktyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Bu günə olan məlumata görə, müalicədə 729 baş heyvan var”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBXN) rəisi Siyalə Rüstəmova deyib.

O bildirib ki, xəstəlik tam bitmək üzrədir: “Sentyabr ayından başlayaraq heyvanlar arasında bu virusla bağlı bir az ağırlaşma oldu. Həmin vaxtdan bəri 729 baş heyvan simptomatik müalicədə baytarların nəzarəti altındadır. Artıq rayonlardan da müraciətlər demək olar ki, dayanıb. Yeni yoluxmalar yoxdur. Rayonlarda bağlanan ət bazarları da artıq fəaliyyətini bərpa edib”.

Xidmətin rəisi xəstəliyin mənşəyi barədə də məlumat verib: “Hazırda heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus mənşəli xəstəlikdir. Bunun törədicisi 3 cür viruslardır. Ölkə ərazisində əvvəl yayılan virus “Nodulyar dermatit”in dəri forması idi. Sentyabrın 10-dan etibarən yağışlar yağdıqdan sonra isə xəstəlik artıq ağ ciyər formasına keçdi”.

Xəstəliyin müalicəsi üçün heç bir dərman problemi olmadığını söyləyən DBNX rəisi bildirib ki, kənd təsərrüfatı nazirinin tapşırığı ilə xəstəlik yayılan hər bir rayon dərmanla təmin olunub: “Hətta üçüncü dəfə də nazirliyin Ehtiyat Fondundan nazirin göstərişi ilə bölgələrə dərman paylanıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR