DİN “Vulkan” motelində baş verən hadisənin qətl olduğunu açıqlayıb - VİDEO

DİN “Vulkan” motelində baş verən hadisənin qətl olduğunu açıqlayıb - <span style="color: red;">VİDEO
# 24 noyabr 2014 12:51 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilir ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirən qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, DİN-in "Vulkan" motelində baş verən hadisə ilə bağlı noyabrın 21-də yaydığı məlumatda noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürovanın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “Vulkan” motelinin hamam otağında özünü asaraq intihar etdiyi bildirilirdi.

Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR