İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişi edib

İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişi edib
# 23 sentyabr 2014 10:08 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən 03.09.2013-cü il tarixində Bakl-Qazax-Gürcüstan sərhəddi yolunun 448-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının vətəndaşına bir ailə üzvünün vəfatı, digər üç ailə üzvülərinin sağlamlığa dəymiş zərər ilə əlaqədar 9500 (doqquz min beş yüz) manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

İSB-dan “APA-Economics”ə verilən məlumata görə, kompensasiya ödənişi poçt vasitəsi ilə 22 sentyabr 2014-cü il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR