Macarıstanın Kənd İnkişafı Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlir

Macarıstanın Kənd İnkişafı Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlir
# 07 mart 2013 17:07 (UTC +04:00)

Bakı – APA. Macarıstanın Kənd İnkişafı Nazirliyinin dövlət katibi Dula Budainin rəhbərlik etdiyi nümayəndə heyəti martın 12-14-də Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Macarıstanın heyvandarlıq, quşçuluq, yemçilik, kənd təsərrüfatı maşın və mexanizmləri, ətraf mühitin qorunması, biotexnologiya, ərzaq mallarının istehsalı və qablaşdırılması, virusa davamlı məhsulların yetişdirilməsi sahələri üzrə ixtisaslaşan aparıcı şirkət və firmalarının təmsilçiləri daxildir.

Səfər çərçivəsində hər iki ölkənin dövlət qurumlarının və biznes dairələrinin iştirakı ilə ərzaq istehsalı və kənd təsərrüfatı üzrə I Azərbaycan-Macarıstan forumunun keçirilməsi nəzərdə tutulur. Macar qonaqlar Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcək, eyni zamanda yerli istehsalın imkan və tələbatını öyrənmək məqsədilə bir sıra kənd təsərrüfatı müəssisələrinin və heyvandarlıq şirkətlərinin fəaliyyəti ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR