“PSG Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 35% azalıb - Hesabat

“PSG Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 35% azalıb - Hesabat
# 04 iyun 2024 14:17 (UTC +04:00)

“PSG Kapital İnvestisiya Şirkəti” 2023-cü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-ci ildə “PSG Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti əvvəlki illə müqayisədə 34.5% azalaraq 565 min manat təşkil edib. 2022-ci ildə şirkət 862 min 993 manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin faiz gəlirləri 2022-ci illə müqayisədə 13.6% azalaraq 719 min manat, anderraytinq gəlirləri 3.6 dəfə artaraq 368.1 min manat, dilinq gəlirləri 2 dəfə artaraq 381.9 min manat, investisiya məsləhətləri gəlirləri isə 35.4% azalaraq 240 min manat təşkil edib.

2022-ci ildə şirkətin əməliyyat gəlirləri 1 milyon 983,7 min manat, əməliyyat xərcləri isə 1 milyon 224.5 min manata bərabər olub. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 738.5 min manat olub ki, bu da 2022-ci illə müqayisədə 32.1% azdır.

Ötən il şirkətin cəmi aktivləri 27.2% artaraq 33 milyon 507.8 min manat, cəmi öhdəlikləri isə 39% artaraq 23 milyon 745,1 min manata bərabər olub.

2024-cü ilin yanvar ayının 1-nə “PSG Kapital İnvestisiya Şirkəti”nin cəmi kapitalı 9 milyon 762,7 min manat olub ki, bu da əvvvəlki illə müqayisədə 5,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR