Qanunvericiliyə piratçılığa qarşı mübarizə ilə bağlı əlavə və dəyişiklik ediləcək

Qanunvericiliyə piratçılığa qarşı mübarizə ilə bağlı əlavə və dəyişiklik ediləcək
# 24 aprel 2013 11:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda əqli mülkiyyət obyektlərinin elektron və kağız daşıyıcılarda nüsxələrinin qeyri-qanuni hazırlanmasının və yayılmasının qarşısının alınması qanunvericiliklə tənzimlənəcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Nəşriyyat işi haqqında” və “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanunlara əlavə və dəyişiklər ediləcək.

Layihəyə əsasən “Nəşriyyat işi haqqında” qanuna belə bir maddə əlavə edilir: nəşriyyat işi sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin elektron və kağız daşıyıcılarda nüsxələrinin qeyri-qanuni hazırlanması (istehsalı) və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlər “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanunla tənzimlənir. Bununla bağlı “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 4-cü maddəsinə isə “pirat məhsul” anlayışının belə bir təsnifatı verilir: “pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri.

Layihə Milli Məclisin 30 aprel iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR