Bakıda mağaza yanıb

Bakıda mağaza yanıb
# 03 oktyabr 2015 11:10 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kvadrat metr olan şirniyyat mağazasının dam örtüyünün yanar konstruksiyaları yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR