Azərbaycan prezidenti Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Azərbaycan prezidenti Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">FOTO
# 28 mart 2013 12:20 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb, əlaqələrin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.

Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrin yaxın qonşu, dost və tərəfdaş olduğunu deyib.

Öz növbəsində, prezident İ. Əliyev əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Son illər ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Azərbaycanın da Qazaxıstanla əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR