Vergilər naziri: “Neftin ucuzlaşmasına baxmayaraq real büdcə öhdəliklərinə tam yerinə yetirilir”

Vergilər naziri: “Neftin ucuzlaşmasına baxmayaraq real büdcə öhdəliklərinə tam yerinə yetirilir”
# 10 aprel 2015 19:10 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya bazarlarında neftin ucuzlaşmasına baxmayaraq real büdcə öhdəliklərinə tam yerinə yetirilir.

APA-Economics” xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergilər naziri Fazil Məmmədov bildirib.

“Dünyada neftin qiymətinin kəskin düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinə tam yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qrammatik dayaqlara əsaslandığını göstərir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yuxarıda qeyd olunanların nəticəsidir ki, son illər ölkədəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafın hesabına təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR