Baş nazirin müavini: “Azərbaycan xalqı ATƏT-in Minsk qrupuna inanmır”

Baş nazirin müavini: “Azərbaycan xalqı ATƏT-in Minsk qrupuna inanmır”
# 23 iyul 2014 09:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. “ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

“Minsk qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”, - deyə Ə. Həsənov vurğulayıb.

ATƏT-in Minsk qrupunun öz mahiyyətini itirdiyini deyən Ə. Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR