Siciliya boğazında 1000-dək miqrant xilas olunub

Siciliya boğazında 1000-dək miqrant xilas olunub
# 12 iyul 2016 21:57 (UTC +04:00)

Bakı-APA. İtaliyanın sahil mühafizə qüvvələri iyulun 12-də Siciliya boğazında miqrantların xilas olunması üzrə altı əməliyyat həyata keçirib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, əməliyyatlar zamanı 945 mühacir xilas edilib.

Məlumata görə, qayıqlardan birinin göyərtəsində 4 miqrantın cəsədi aşkarlanıb.

Bundan başqa, daha 400 miqrant Aralıq dənizində Maltanın sahillərində xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR