Ötən ay sərnişin və yükdaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb

Ötən ay sərnişin və yükdaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb
# 17 noyabr 2015 13:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin oktyabr ayında yükdaşıma xidmətlərinin qiymətləri 2,6%, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,9% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,2% ucuzlaşıb.

Ay ərzində rabitə xidmətlərinin qiymət indeksi də əvvəlki ayla müqayisədə 6,4% aşağı düşüb, poçt və kuryer xidmətlərinin qiymətləri isə sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR