Banklar 11 filialın açılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib

Banklar 11 filialın açılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib
# 13 iyun 2016 10:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda bankların yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 11 müraciət daxil olub.

"APA-Economics"in sorğusuna cavab olaraq Palatadan bildirilib ki, Direktorlar Şurasının qərarı ilə 1 filialın açılmasına icazə verilib, digər müraciətlərə baxılır.

Məlumata əsasən, bankların şöbələrinin açılması üçün icazənin alınması ilə əlaqədar Palataya 1 müraciət daxil olub və hal-hazırda bu müraciətə baxılır.

“Bank olmayan kredit təşkilatları fəaliyyətinə lisenziyanın alınması ilə əlaqədar 2 müraciət daxil olub. Bir müraciət üzrə lisenziyanın verilməsindən imtina edilib, digər müraciətə isə baxılır. Bank olmayan kredit təşkilatlarının yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar 1 müraciət daxil olub və hal-hazırda həmin müraciətə də baxılır”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR