Mirzə İbrahimov haqqında monoqrafiya çap olunub

Mirzə İbrahimov haqqında monoqrafiya çap olunub
# 13 noyabr 2015 12:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA-nın 70 illik yubileyi ilə əlaqədar akademiyanın ilk təsisçilərindən olan Mirzə İbrahimov haqqında yeni monoqrafiya işıq üzü görüb. AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutundan APA-ya verilən xəbərə görə, “Mirzə İbrahimov” adlı kitabın müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Monoqrafiyada AMEA-nın beşiyi başında duranlardan biri, görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR