Latviya prezidenti Heydər Əliyev Fondunda olub

Latviya prezidenti Heydər Əliyev Fondunda olub
# 24 aprel 2013 20:33 (UTC +04:00)

Bakı-APA. Latviya Respublikasının prezidenti Andris Berzinş aprelin 24-də Heydər Əliyev Fondu ilə tanış olub.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ali qonağa Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.

Latviya Prezidenti Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

Ali qonaq Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıb.

Latviya dövlətinin başçısı Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.

Ali qonağa Heydər Əliyev Fondunun xatirə hədiyyəsi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR