Sumqayıtda yaşayış evində partlayış olub, xəsarət alan var

Sumqayıtda yaşayış evində partlayış olub, xəsarət alan var
# 24 oktyabr 2014 10:18 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 23-də saat 08 radələrində Sumqayıt şəhəri “Betonzavod” adlandırılan ərazisində Gülnarə Ələkbərovaya məxsus evdə qeydə alınıb. Partlayışa təbii qaz sızması səbəb olub.

Nəticədə evin pəncərə şüşələri sınıb, yanıq xəsarəti alan G.Ələkbərova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR