QMİ nümayəndəliyinin rəhbəri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb

QMİ nümayəndəliyinin rəhbəri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb
# 29 aprel 2015 21:28 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Aprelin 29-da Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükcü ilə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin (QMİ) rəhbəri Hacı Əli Əliyev arasında görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanda yaşayan müsəlmanların durumu haqqında söhbət aparılıb.

QMİ rəhbəri Hacı Əli Əliyev APA-ya açıqlamasında görüşdə dini, milli-mədəni tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəldiklərini bildirib: "Gürcüstanda yaşayan və fəaliyyət göstərən türklər və azərbaycanlılar arasında daim mehriban ünsiyyət mövcuddur və biz Gürcüstanda müqəddəs dinimiz, mədəniyyətimiz ilə bağlı müxtəlif tədbirlər təşkil edirik. Hörmətli səfir Zəki Ləvənd Gümrükçü birgə təşkil edəcəyimiz tədbirlərə dəstək verəcəyini vurğulayıb."

Görüşün sonunda QMİ rəhbəri Hacı Əli Əliyev Türkiyə səfiri Zəki Ləvənd Gümrükçüyə Tiflisin qədim məhəlləsini əks etdirən rəsm əsəri hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR