Masallıda at yarışı keçirilib - FOTO

Masallıda at yarışı keçirilib  - <span style="color: red;">FOTO
# 01 may 2013 16:52 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Mayın 1-də Masallı rayonunun Xırmandalı kəndindəki cıdırda at yarışları keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, yarışlara Masallı ilə yanaşı, ətraf Cəlilabad, Neftçala, Salyan rayonlarından 200 yaxın çapar qatılıb.

Münsiflərin seçimindən sonra 28 çaparın mübarizəni davam etdirəcəyi elan olunub. Çaparlar 7 qrupa bölünüb. Hər qrupda 4 çapar öz məharətini göstərib və qrupdakı qalıb finala vəsiqə qazanıb. Bu çaparlar Azərbaycan cinsləri olan Kəhər, Boz, Çal, Qaraquş, Kürən atlarının üstündə yarışıblar.

Yarışın qaydalarına görə, iştirakçılar 1000 metr məsafəni qət etməli və qısa müddətdə finiş xəttinə tez çatan çapar qalib elan olunmalı idi. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda çapar Elnur İsmayılovun Cerri adlı atı birinci yerə çıxıb. Qalibə təşkilat komitəsinin pul mükafatı verilib.

Qeyd edək ki, artıq 10 ildir Masallıda at yarışları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR