Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək
# 17 oktyabr 2014 11:32 (UTC +04:00)

APA-nın məlumatına görə, müşavirədə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlər görüləcək.

Onun sözlərinə görə, seçki zamanı baş verə biləcək istənilən qanun pozuntusunun qarşısı alınacaq: “Ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Əmin ola bilərsiniz ki, tərtib olunan protokollara əsasən istənilən vaxt polis orqanları tərəfindən qanunauyğun zəruri hərəkətlər görüləcək”.

Prezident Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov isə çıxışında qeyd edib ki, bələdiyyə seçkiləri ərəfəsində icra hakimiyyəti orqanları tərəfindən sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib. Onun sözlərinə görə, Azərbaycanda 1607 bələdiyyəyə keçiriləcək bələdiyyəyə seçkilərinin yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR