Ağdaş sakini özünü asıb

Ağdaş sakini özünü asıb
# 31 oktyabr 2014 09:36 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Səfərov Rasim Rəsul oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Dörd uşaq atası Rasim Səfərovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR