Misir XİN rəhbərinin müavini: “Regionda sülh və təhlükəsizliyin təminatçısı olmağa çalışırıq, amma imkanlarımız məhduddur”

Misir XİN rəhbərinin müavini: “Regionda sülh və təhlükəsizliyin təminatçısı olmağa çalışırıq, amma imkanlarımız məhduddur”
# 05 dekabr 2014 11:40 (UTC +04:00)

Bazel. Rüfət Əhmədzadə - APA. “Misir regionda sülh və təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə çalışır, amma imkanları məhduddur”.

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Misir xarici işlər nazirinin müavini Hişam Bədr Bazeldə ATƏT Nazirləri Şurasında çıxışı zamanı deyib.

O, Liviyada vəziyyətin yenidən gərginləşdiyini və təhlükənin ətraf bölgələrə doğru genişləndiyini qeyd edib.

Somalidə son 20 ildə vətəndaş müharibəsi vəziyyətinin mövcud olduğunu Şimali Afrikanın sabitliyi üçün real təhlükə kimi dəyərləndirən H. Bədr ölkəsinin ciddi təhdidlərlə üz-üzə qaldığını vurğulayıb: “Yaxın Şərq və Afrika ölkələrində terror qruplarının genişlənməsi onlar arasında rabitənin, maliyyə və operativ təcrübə mübadiləsinin yaxşı olmasından irəli gəlir. Misir regionda sülh və təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə çalışır, amma imkanları məhduddur. Təəssüf ki, bizim beynəlxalq tərəfdaşlarımız bu məsələdə bizə yetərincə dəstək vermir. Tərəfdaşlarımıza müraciət edərək, Misirə silah satışına qoyulan qadağaya yenidən baxmalarını istərdik. Çünki ölkəmizin təhlükəsizliyi üçün real və ciddi təhdidlər mövcuddur”.


O əlavə edib ki, region üçün əsas təhdidlərdən biri də İsrail-Fələstin münaqişəsidir. Nazir müavini bildirib ki, müstəqil Fələstin dövlətinin yaradılması bölgədə terror təşkilatlarının böyüməsinin və digər təhdidlərin qarşısını ala bilər: “Buna görə də, biz bütün ATƏT ölkələrini Fələstini müstəqil dövlət kimi tanımağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR