Kerri: “ABŞ və Rusiya dünyaya fayda gətirə bilərlər”

Kerri: “ABŞ və Rusiya dünyaya fayda gətirə bilərlər”
# 15 iyul 2016 00:57 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, ABŞ və Rusiya elə bir mərhələdədirlər ki, Suriya və Ukraynada böhranın nizamlanması daxil olmaqla, dünyaya bir çox fayda gətirə bilərlər.

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Bir daha bunu demək istərdim: mən və prezident Obama hesab edirik ki, ABŞ və Rusiya hazırda elə bir mərhələdədirlər ki, onlar dünyaya fayda gətirə biləcək çox şey edə bilərlər və burada söhbət yalnız Suriya və Ukrayna deyil, ciddi nailiyyətlər əldə oluna biləcək digər potensial sahələrdən də gedir”, - deyə Kerri bildirib.

“Biz səbirsizliklə işə başlamaq imkanını gözləyirik, biz artıq müəyyən hazırlıq işləri görmüşük və bu səbəbdən irəliləyəcəyimizə ümid edirik”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR