Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

Yaponiyada 5,3 bal gücündə zəlzələ olub
# 20 noyabr 2014 04:37 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Fukusima prefekturasından şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.

Zəlzələni paytaxt Tokio daxil olmaqla, 17 prefekturanın sakinləri hiss edib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR