Martın 20-də Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin görüşü keçiriləcək

Martın 20-də Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin görüşü keçiriləcək
# 16 mart 2015 09:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Martın 20-də Astanada Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüşü keçiriləcək. APA-nın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Dauren Abayev açıqlayıb. O bildirib ki, Rusiya və Belarus liderləri artıq görüşdə iştiraklarını təsdiqləyiblər. D. Abayev qeyd edib ki, daha öncə Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayevin görüşü hər üç liderin gərgin iş qrafiki səbəbindən təxirə salınıb.

Liderlərin görüşünün daha əvvəl 12-13 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR