Masallıda 100 hektar sahədə yaşıl çay plantasiyası salınacaq

Masallıda 100 hektar sahədə yaşıl çay plantasiyası salınacaq
# 05 aprel 2013 16:54 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Yaxın vaxtlarda Masallıda 100 hektar sahədə yaşıl çay plantasiyası salınacaq. APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyib.

R. Hüseynov çayçılığın inkişaf etdirilməsi ilə bağlı hazırda xüsusi dövlət proqramı üzərində iş aparıldığını diqqətə çatdıraraq, ümumilikdə Masallı rayonunda 1300 hektar sahədə yaşıl çay plantasiyasının salınmasının nəzərdə tutulduğunu bildirib: “Masallı hələ sovet dönəmində yaşıl çay yarpağı istehsalına görə respublikada öncül yerlərdən birini tutub. Biz yerli əhalinin dədə-baba sənətinə çevrilmiş bu mühüm sahənin dirçəldilməsi üçün hökumətə müəyyən təkliflərimizi təqdim etmişik. İlkin mərhələdə rayonun Kolatan kəndi ərazisində 100 hektarda yaşıl çay plantasiyası salmağı, sonrakı mərhələlərdə əkin sahələrini tədricən genişləndirməyi nəzərdə tutmuşuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR