Azay Quliyev Türkiyə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri ilə görüşüb - FOTO

Azay Quliyev Türkiyə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri ilə görüşüb - <span style="color: red;">FOTO
# 23 aprel 2013 16:47 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Bakıda səfərdə olan Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç və Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun ilə görüşüb.

Şuradan APA-ya verilən məlumata görə, Azay Quliyev bu ilin mart ayında Şuranın nümayəndə heyətinin Ankaraya səfəri zamanı Türkiyə rəsmiləri ilə görüşlərdə əldə edilmiş anlaşmalardan sonra iki ölkənin vətəndaş cəmiyyəti qurumları arasında münasibətlərin yeni mərhələyə keçdiyini bildirib. O, iyun ayında Türkiyə nümayəndə heyətinin Bakıya səfəri zamanı Şura ilə Türkiyənin analoji qurumları arasında imzalanacaq Anlaşma Memorandumunun işçi qrupu tərəfindən hazırlandığını qeyd edib. Şura sədri memorandumda nəzərdə tutulmuş müddəaların iki qardaş ölkənin ictimai sektorlarının əməkdaşlığı üçün çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

A.Quliyev 29 aprel-2 may tarixlərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçiriləcək forumunda Azərbaycan nümayəndə heyətinin iştirak edəcəyini bildirərək, forum çərçivəsində, eləcə də xarici əməkdaşlıq əlaqələrində türkiyəli həmkarlardan Şuranın başlatdığı “Şuşaya azadlıq!” kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb. A.Quliyev Azərbaycanın musiqi beşiyi, mədəniyyət incisi olan Şuşanın işğalına və orada davam edən erməni vandalizminə qarşı bütün dünyanın etiraz səsinin qaldırılmasına nail olmağın zəruriliyini bildirib.

Kemal Yurtnac müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib və Türkiyənin Azərbaycana daim dəstək verdiyini qeyd edib. Görüşdə Şura ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR