Qazaxıstan səfiri Bakıda yaşayış binasında yanğın zamanı həlak olanların yaxınlarına başsağlığı verib

Qazaxıstan səfiri Bakıda yaşayış binasında yanğın zamanı həlak olanların yaxınlarına başsağlığı verib
# 20 may 2015 15:49 (UTC +04:00)

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir:

“Bu günlərdə Qazaxıstan xalqı öz qardaşları ilə bərabərdir. Dərdinizi bölüşürük və yanğın zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.

Qeyd edək ki, bu gün səfir B. İsabayev türkdilli ölkələrin turizm nazirlərinin görüşündə iştirak edib. Diplomat çıxışına Azərbaycan xalqına başsağlığı verməklə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR