Bakıda falçını qətlə yetirən şəxsin kimliyi məlum olub

Bakıda falçını qətlə yetirən şəxsin kimliyi məlum olub
# 01 aprel 2015 07:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda falçını öldürən şəxsin adı məlum olub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 14-də İçərişəhər ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutularaq Bakıya gətirilib.

M. Cahangirov ilkin ifadəsində qətl hadisəsini T. Talıbovun ona yazdığı duaya görə törətdiyini bildirib. Təqsirləndirilən şəxs həmin duanın onun həyatına mənfi təsir göstərdiyini əsas gətirərək bu addımı atdığını deyib.

Polisdən M. Cahangirovun “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu bildirilib.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR