Azərbaycan Türkiyənin TİSAŞ şirkəti ilə polimer gövdəli tapançaların istehsalı sahəsində araşdırmalar aparır

Azərbaycan Türkiyənin TİSAŞ şirkəti ilə polimer gövdəli tapançaların istehsalı sahəsində araşdırmalar aparır
# 26 mart 2013 11:42 (UTC +04:00)

Bu barədə APA-ya TİSAŞ şirkətinin direktoru Əhməd Ələmdaroğlu məlumat verib.

Onun sözlərinə görə, artıq fevral ayında TİSAŞ-ın Türkiyədəki müəssisəsində istehsal edilmiş polimer tapança modelləri testlərdən keçirilmək üçün Azərbaycana göndərilib: “Testlər üçün 10 ədəd tapançanı Bakıya göndərdik. Birgə istehsalla bağlı qərar testlərdən sonra veriləcək”.

Ə. Ələmdaroğlu onu da qeyd edib ki, ötən ay TİSAŞ-ın Trabzondakı müəssisəsinə səfər edən Azərbaycan mütəxəssisləri tapançaların istehsal prosesinin təşkili ilə tanış olublar.

Şirkət rəhbəri bildirib Ki, polimer gövdəli tapançalar güc strukturları üçün nəzərdə tutulur. Bu silahlar öz yüngüllüyü ilə mövcud tapançalardan fərqlənir.

Ə. Ələmdaroğlu rəhbərlik etdiyi şirkətin Azərbaycanla ov tüfənglərinin istehsalı sahəsində də əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR