Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 İyun

# 24 iyun 2016 18:25 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Britaniyanın yeni baş naziri Boris Conson ola bilər. Türk qanı daşıyır, Damad Fərid Paşa hökumətində nazir postunu tutmuş Əli Kamal Paşanın nəticəsidir. Əli Kamal Paşa Türkiyədə sevilən insan deyil, təmsil olunduğu hökumətin digər üzvləri kimi o da xəyanətkar hesab olunur. Damad Fərid Paşa Osmanlının parçalanmasını rəsmiləşdirən Sevr müqaviləsinə imza atmış şəxsdir. Deyəsən, imperiyaları dağıtmaq, parçalamaq bu nəsildə genetik xarakter daşıyır. Baba Osmanlı imperiyasını, nəticə isə Britaniya imperiyasını darmadağın edən layihələrə imza atıb. Taleləri isə fərqli ola bilər. Əli Kamal Paşa bu xəyanətkar mövqeyinə İzmirdə linç edilib, Boris Conson isə əksinə baş nazir postuna gətirilir. Amma hansı ölkənin? Ola bilər ki, Şotlandiyasız, Şimali İrlandiyasız, hətta Uelssiz Britaniyanın. Bəlkə də Londonsuz Britaniyanın. Dünənki yorumda Brexitin nəticəərinin domino prinsipi ilə digər ölkələrə də sirayət edə biləcəyini söyləmişdik. Artıq ilk meyllər ortadadır. Fransa və Almaniyada da Avropa Birliyindən çıxmaq təşəbbüsləri baş qaldırıb. Artıq prosesə ad da fikirləşiblər. Frexit, Gereksit... Bu adlar bir zamanlar “Buratinonun macəraları” filmində Bazilionun oxuduğu sehrli sözlərə bənzəyir - Şeks, feks, breks... İndi Avropa bir ağızla yeni sehr oxuyur - Brexit, Frexit, Gerexit... Bazilionun sehrli sözləri pul ağacı göyərtmədi, yəni sahibinə gəlir gətirmədi. Avropalıların sehrli sözləri də sahiblərinə gəlir gətirənə oxşamır.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR