Etibar Məmmədovun oğlu AMİP Gənclər Təşkilatının sədri seçilib

Etibar Məmmədovun oğlu AMİP Gənclər Təşkilatının sədri seçilib
# 15 aprel 2013 11:54 (UTC +04:00)

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı qərar partiyanın Gənclər Təşkilatının ötən gün keçirilən konfransında verilib.

Konfransda son bir ildə görülən işlərlə bağlı təşkilatın sədri Afsəddin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Sonra gündəliyin təşkilatı məsələ hissəsində Gənclər Təşkilatının sədrliyinə namizədlər irəli sürülüb. Ayxan Etibaroğlu və Qəhrəman Sadikovun namizədliyi gizli səsvermə bülleteninə daxil edilib. Keçirilən gizli səsvermənin nəticələrinə görə Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədri seçilib.

Qeyd edək ki, Ayxan Etibaroğlu AMİP lideri Etibar Məmmədovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR