Azərbaycan məktəbliləri Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında medal qazanıblar

Azərbaycan məktəbliləri Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında medal qazanıblar
# 08 may 2015 10:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 3-dən 8-dək Yunanıstanın paytaxtı Afina şəhərində məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, İngiltərə, İtaliya, İran, Türkiyə, Rumıniya, Serbiya, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və digərləri olmaqla, 21 müxtəlif ölkədən 130-a yaxın məktəblinin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər. Olimpiadada riyaziyyat fənni üzrə məktəblilərdən 3-ü bürünc medal qazanıb və 1-i isə həvəsləndirici yer tutub. Bakı məktəblisi, X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri - XI sinif şagirdi İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi, IX sinif şagirdi Mirəli Əhmədli həvəsləndirici sertifikata layiq görülüblər.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsində fərqlənən şagirdlər arasından mayın ikinci yarısında 56-cı Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edəcək namizəd şagirdlərin seçimi keçiriləcək və namizəd komanda ilə may-iyun aylarında hazırlıq düşərgəsi başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR