Nabranda iki maşın toqquşub, xəsarət alanlar var

Nabranda iki maşın toqquşub, xəsarət alanlar var
# 13 avqust 2016 07:35 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza gecə saatlarında Xudat-Nabran yolunda qeydə alınıb. “VAZ 2107” markalı avtomaşınla “Range Rover” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər -. Xudat şəhər sakinləri - 1985-ci il təvəllüdlü Fazilov Elvin Rafiq oğlu və 1985-ci il təvəllüdlü Fərixanov Adik Ziyafəddin oğlu müxtəlif bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR