Şirvanda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib

Şirvanda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib
# 26 iyul 2014 20:33 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, iyulun 26-da Şirvan sakini, 1991-ci il təvəllüdlü Mehrabov Qismət Bəxtiyar oğlu bıçaqlanıb.

Mədə hissəsindən yaralanan Q. Mehrabov xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Lakin axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR