İsrail və Türkiyə “Mavi Marmara”da ölənlərin ailələrinə kompensasiya ödənilməsini müzakirə edir

İsrail və Türkiyə “Mavi Marmara”da ölənlərin ailələrinə kompensasiya ödənilməsini müzakirə edir
# 22 aprel 2013 15:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İsrail nümayəndə heyəti “Mavi Marmara” gəmisində ölən Türkiyə vətəndaşlarının ailələrinə kompensasiya ödənilməsi məsələsini müzakirə etmək üçün Türkiyəyə səfərə gedib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Yaakov Amidror və xüsusi təmsilçi Yosed Ciehanover Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu ilə görüşüblər. Görüş qapalı keçirilib.

Xatırladaq ki, B. Netanyahu 2010-cu il mayın 31-də baş verən insidentə görə Türkiyədən üzr istəyib və İsrail əsgərləri tərəfindən öldürülən 9 Türkiyə vətəndaşının ailələrinə kompensasiya ödəməyə razılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR