Ucarda ət ucuzlaşıb

Ucarda ət ucuzlaşıb
# 21 fevral 2013 12:10 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda ət ucuzlaşıb. APA-nın yerli bürosunun məlumatına görə, artıq 5 gündür ki, rayonda ət əvvəlki günlərə nisbətən 1 manat aşağı qiymətə - 7 manata satılır.

Ət satışı ilə məşğul olan qəssablar ətin qiymətinin aşağı düşməsini yerlərdə kəsimə yararlı heyvanların çox olması və alıcılıq qabiliyyətinin aşağı olması ilə izah edirlər. Qəssabların sözlərinə görə, əvvəllər gün ərzində 70-80 kq ət satırdılarsa, hazırda bu rəqəm 30-40 kq kimi enib.

Ucar rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, iqtisadi sabitliklə bağlı yaranmış kənd təsərrüfatı məhsullarının bolluğu qiymətlərin aşağı düşməsinə səbəb olub. Hazırda rayonda digər kənd təsərrüfatı məhsullarında cüzi də olsa, enmə müşahidə olunur.

Qeyd edək ki, qonşu Göyçay rayonunda mal əti 8, Zərdab rayonunda isə 7,50 manata satılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR