“Voca People” qrupu ilk dəfə Bakıda çıxış edəcək - FOTO

“Voca People” qrupu ilk dəfə Bakıda çıxış edəcək - <span style="color: red;">FOTO
# 24 sentyabr 2014 09:34 (UTC +04:00)

Qrup oktyabrın 10-da Heydər Əliyev Mərkəzində, oktyabrın 11-də isə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək “V1 Challenge Azerbaijan” yarışının Bakı Kristal Zalındakı təqdimat şousunda səhnəyə çıxacaq.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, “Voca People” Bakı tamaşaçılarına incə yumor, gözəl səslər və maraqlı repertuarı özündə cəmləşdirən proqram təqdim edəcək. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou izləyicilərin zövqünü oxşayacaq.

Qeyd edək ki, İsrailin “Voca People” qrupu 2009-cu ildə yaradılıb. Mini-teatrın 8 üzvü səhnəyə ağ kostyumda və ağ qrimdə çıxır. Şounun süjet xəttinə görə, Voka planeti sakinlərinin gəmisi tanımadıqları Yerdə məcburi eniş edirlər. Onlar musiqidən enerji toplayan gəmilərini işə salmaq üçün Yer sakinlərinin mahnıları ilə tanış olurlar.

“Voca People” qrupunun repertuarına dünyanın 70-dən artıq məşhur mahnısı daxildir. İfaçılar çıxışları zamanı truba, baraban, gitara, skripka, royal və digər musiqi alətlərinin səslərini imitasiya edirlər.

“Voca People” indiyə qədər ABŞ, İspaniya, İtaliya, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə çıxış edib.

“Voca People” qrupunun Bakı konsertinin anons videosu:

https://www.youtube.com/watch?v=KIUM5WVAFyE

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR