Azərbaycanda broker fəaliyyətinə dair yeni qaydalar təsdiq edilib

Azərbaycanda broker fəaliyyətinə dair yeni qaydalar təsdiq edilib
# 28 fevral 2013 10:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydaları» təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, sözügedən qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlərin fəaliyyətini tənzimləyir və onlar tərəfindən müştərilərin məlumatlandırılmasına, tapşırıqlarının icra edilməsinə, aktivlərinin geri qaytarılmasına, habelə broker və müştəri arasında bağlanılmış müqaviləyə dair tələbləri müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR