Fevralda avtomobillərə dəyən zərərə görə orta hesabla 1,2 min manata yaxın sığorta ödənilib

Fevralda avtomobillərə dəyən zərərə görə orta hesabla 1,2 min manata yaxın sığorta ödənilib
# 03 mart 2015 09:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevral ayında avtomobillərə dəymiş zərərə görə həyata keçirilmiş sığorta ödənişlərinin orta məbləği 1 136 manat olub.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin fevral ayında AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən həyata keçirilmiş sığorta ödənişlərinin 1 mln. 870,064 min manatı nəqliyyat vasitələrinə dəyən zərərlərin ödənilməsi ilə bağlı olub.

Qeyd edək ki, nəqliyyat vasitələrinə dəyən zərərlərə görə həyata keçirilmiş sığorta ödənişlərinin 63%-ni 1000 manatadək, 27%-ni 1000 manatdan 3000 manatadək, 10%-ni isə 3000 manatdan 5000 manatadək olan ödənişlər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR