Çingiz Əsgərov: “İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmir”

Çingiz Əsgərov: “İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmir”
# 25 oktyabr 2014 10:28 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin istintaq araşdırılması üçün götürülən yazışmaları arasında Avropa İnsan Haqları Məhkəməsinə dair nə vardısa, onun ofisinə qaytarılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O vurğulayıb ki, İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmir: “İntiqam Əliyev barəsində konkret əməllərlə bağlı istintaq aparılır. Məndə olan məlumata görə, ilkin olaraq, onun ofisindən bütün sənədlər müsadirə edilib. Sənədlər araşdırıldıqdan sonra İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmədiyindən ofisinə qaytarılıb. Bununla da Avropa Məhkəməsi ilə bağlı hər hansı müdaxilə baş verməyib. Yəni, istintaq həmin şəxsin Avropa Şurası, o cümlədən Avropa Məhkəməsində fəaliyyəti ilə bağlı deyil”.

Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujniyeks Azərbaycana səfərindən sonra verdiyi bəyanatda bildirib ki, dövlət orqanlarının hüquqşünas İntiqam Əliyevin Avropa İnsan Hüquqları Məhkəməsi ilə yazışmalarını müsadirə etməsi Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi ilə münasibətlərinə mənfi təsir göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR