Bank Of Baku

Neftçalada kütləvi dava zamanı bıçaqlanan şəxslərin kimliyi müəyyənləşib - YENİLƏNİB

Neftçalada kütləvi dava zamanı bıçaqlanan şəxslərin kimliyi müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2018 07:01 (UTC +04:00)

Bu gecə Neftçala rayonunda kütləvi dava zamanı bıçaq xəsarəti alan şəxslərin kimliyi müəyyənləşib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayondakı restoranlardan birində içki məclisinin sonunda baş verən insident zamanı Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Vüsal Əzzağa oğlu, Qırmızıkənd sakini, 1985-ci il təvəllüdlü  Əsgərov Valid Həsənqulu oğlu və Salyan rayonunun Şorsulu kənd sakini, 1994-cü il təvəllüdlü Mirzəyev Babı İsmayıl oğlu çoxsaylı bıçaq xəsarəti alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Davada xəsarət almayan 2 nəfər saxlanılıb.

 

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanıb. 

 

***

 

07.57

 

Neftçalada kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, insident Xolqarabucaq kəndində baş verib. Məlumata görə, kütləvi dava Xolqarabucaq və Salyanın Şorsulu kənd sakinləri arasında olub. Dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Onlar Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR