SOCAR-ın vitse-prezidenti: “Cənub Qaz Dəhlizi layihəsi dünya bazarındakı neftin qiymətinin dəyişikliklərindən asılı deyil”

SOCAR-ın vitse-prezidenti: “Cənub Qaz Dəhlizi layihəsi dünya bazarındakı neftin qiymətinin dəyişikliklərindən asılı deyil”
# 03 iyun 2015 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cənub Qaz Dəhlizi layihəsi iqtisadi səmərəli layihədir və bu layihə dünya bazarındakı neftin qiymətinin dəyişikliklərindən asılı deyil.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər neft-qaz konfransında SOCAR-ın vitse-prezidenti Marketinq və investisiya üzrə Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində uzunmüddətli müqavilələr imzalanıb: “Məhz buna görə də Azərbaycan Avropa ölkələri tərəfindən uzunmüddətli və etibarlı tərəfdaş kimi qəbul edilir. Avropa dəfələrlə qeyd edib ki, özünün enerji təhlükəsizliyi təhlükə altındadır”

E. Nəsirov deyib ki, Avropa 2006-cı və 2009-cu illərdə qaz böhranları ilə üzləşib: “Məhz buna görə Xəzər dənizindən, o cümlədən alternativ enerji mənbələrindən də qaz tədarük etmək məsələsi gündəmə gəlib”.

Vitse-prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycan üçün həm kommersiya layihəsidir, həm də Avropaya inteqrasiya üçün siyasi strategiyadır: “Ümid edirik ki, Avropa da bu layihəyə belə münasibət bəsləyir. Regiondakı bəzi həll olunmamış münaqişələrə baxmayaraq Azərbaycan bu layihəni həyata keçirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR