“Bank Silk Way” aktivlərini 9% artırıb

“Bank Silk Way” aktivlərini 9% artırıb
# 12 noyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank Silk Way”in aktivlərinin həcmi 2014-cü ilin III rübündə 233,455 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,62% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,5% artaraq 168,747 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 3,91% azalaraq 54,513 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 42,068 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 38,57% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 5,07% artaraq 108,446 mln. manata çatdığı halda, nizamnamə kapitalı 5,8% artaraq 99 mln. 167,58 min manat təşkil edib.

Bankın hesabat dövrü ərzində əldə etdiyi mənfəət 6 mln. 435 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR